String Metodları

Coders Azerbaijan
4 min readJun 19, 2021

len — bir mətnin uzunluğunu və ya simvol sayını öyrənmək üçün istifadə olunur.Məsələn, istifadəçidən online form doldurmağını istədikdə,amma formda simvol limiti olduqda bu metoddan istifadə edə bilərik.Məsələn,ad hissəsinin maksimum 15 simvoldan ibarət olduğunu təyin etmişik və istifadəçi oraya 20 simvollu ad daxil etdikdə ona xəta mesajı verməkdə köməyimizə çata bilər:

upper() — Bir mətnin simvollarının hamısını böyük hərfə çevirir.Biz bu funksiyalara nöqtə ( . ) ilə çatırıq.Simvolları böyük hərflərə çevirən metod:

lower() — Simvolları kiçik hərflərə çevirən metod:

title() — Mətnin içindəki sözləri tapır və sözlərin ilk hərflərini böyük,geri qalan hərfləri isə kiçik hərfə çevirir.

capitalize() — Mətndəki ilk hərfi böyük hərfə çevirir.

count() — İfadədə axtarılan sözün və ya simvolun sayını tapır.Əgər söz və ya simvol varsa onun sayını, yoxdursa 0 qaytarır.

startswith() — İfadə göstərilən simvol və ya sözlə başlayarsa True qaytarır, əks halda False.

endswith() — İfadə göstərilən dəyərlə bitərsə True qaytarır, əks halda False

find() — İfadədə göstərilən dəyəri tapır və onun ilk başladığı yerdəki indeksini göstərir.Əgər ifadədə olmayan dəyər versək bizə -1 qaytarır.

index() — İfadəni müəyyən bir dəyər üçün axtarır və tapdığı yerin indeksini qaytarır.Əks halda xəta verir.

join() — join () metodu təkrarlana bilən obyektlərdən string yaratmaq üçün rahat bir yol təqdim edir.Hər bir təkrarlana bilən elementi ( list, string, dictionary ) ayırıcılarla birləşdirir ( join () metodunun çağırıldığı sətir ) və birləşdirilmiş sətri qaytarır.

format() — Bir İfadədə göstərilən dəyərləri formatlaşdırır.Format-dan 3 formada istifadə etmək olar.

isdigit() — Sətirdəki bütün simvollar rəqəmdirsə True qaytarır. Unicode olduqda verilən ifadədə əgər string olarsa isdigit() metodu yenə də True qaytaracaq. Bunun səbəbi odur ki, isdigit() sonda alınan cavaba baxır, əgər unicode-dan çıxan cavab rəqəmdirsə True qaytaracaq.

isdecimal() — İsdecimal metodu isə unicode olduqda onun içərisində string ifadə gördükdə nəticəyə baxmadan False qaytarır.

split() — İfadədəki hər sözü bir list obyekti olaraq bölür. Biz split metoduna istədiyimiz dəyəri verərək, ifadəni dəyərə əsasən bölə bilərik.Biz həmçinin verdiyimiz dəyərdən ifadədə çox olarsa onun sayını da verə bilərik və split metodu bizim verdiyimiz saya əsasən ifadəni böləcək.

strip() — İfadənin əvvəlindəki və axrındakı qeyd etdiyimiz dəyəri aradan qaldırır, boşluq olduqda isə boşluğu aradan qaldırır.

lstrip() — İfadənin sol tərəfində yerləşən verdiyimiz dəyəri silir.

rstrip — İfadənin sağ tərəfində yerləşən verdiyimiz dəyəri silir.

replace() — Müəyyən edilmiş bir dəyərin müəyyən bir dəyərlə əvəz olunduğu bir ifadə qaytarır.Biz dəyişəcəyimiz simvolların sayını da göstərər bilərik.

Səməd Səmədli

--

--