PYTHON Verilənlərin tipləri

Coders Azerbaijan
5 min readJul 13, 2021

--

Birçox proqramlaşdırma dilində olduğu kimi Python da data tiplərini istifadə etməyə icazə verir. Hətta Python-da bu barədə daha çox çeşid mövcuddur. Təbii ki, məlumatlar bir çox fərqli tipdə ola bilirlər. Biz isə bu gün yazı (string), boolean və ədəd (integer , float, complex) və casting tipləri barədə danışacağıq.

String

Dırnaq işarəsinin içərisinə yazılmış hər şey stringdir və qısaca str kimi yazılır. Burada tək dırnaqdan (str) istifadə edilə bilir. İndi bir dəyişən yaradaq və ona bir stringi mənimsədək.

Lakin bəzi hallarda bu işə yaramır və yazım xətası baş verir. Məsələn :

əgər stringin daxilində tək dırnaq işlənəcəksə bu zaman stringi qoşa dırnaq (str) içərisində qeyd edirik. Bu zaman yazım xətası baş vermir. Həmçinin stringin içərisində qoşa dırnaq istifadə edilərsə bu zaman string tək dırnaq içərisində qeyd edilməlidir.

Ola bilər ki, string ifadəmiz çox uzun olar və biz tək sətir ilə qane olmarıq. Bu zaman string ifadənin əvvəlinə və sonuna 3 ədəd dırnaq işarəsi tək və ya qoşa dırnaq (‘’’str’’’, “””str”””) istifadə edilir.

İlk numunədə program bizə yazım xətası olduğunu bildirir, lakin ikinci nümunədə isə bu yoxdur. Hər hansısa bir məlumatın tipini öyrənmək üçün type () metodundan isitifadə edilir. İndi type() metodu vasitəsi ilə stringin tipini yazdıraq.

Stringlərdə toplama + və vurma * işarələrindən də istifadə edilə bilir, lakin bu zaman həmin işarələr riyazi formada deyil stringə xas xüsusiyyətlərini yerinə yetirirlər. Toplama işarəsi birləşdirmə, vurma işarəsi isə bir stringi istədiyimiz sayda yazdırmağa kömək edə bilir :

Boolean

Adını riyazi məntiqin qurucusu sayılan George Boolenin adından alan ve Boole cəbrinin iki doğruluq dəyərini ifadə edən dəyərlərdən (True (doğru) və ya False (səhv) ) birinə sahib olan bir ifadəyə Boolean deyilir. Bütün programlama dillərində boolean çox böyük əhəmiyyət daşıyır. Xüsusuilə, program gedişatının yönləndirilməsində və dövr içərisində bizim çox köməyimizə gəlir. Həmçinin digər dillərdə də olduğu kimi bu ifadədə 0 həmişə Flase (səhv) cavabı 1 isə True (doğru) cavabını bizə geri qaytarır. Məsələn baxaq :

İndi bir paytaxt dəyişəni yaradıb ona Bakı stringini mənimsədək və a hərfinin Bakı stringinin içində olub olmamasını yoxlayaq.

Ədəd tipləri

İnteger — Tam ədədlər

Ədəd tipləri bütün dillərdə olduğu kimi Python-da da vardır və çox istifadə edilir. Bunlardan ilki İnteger — Tam ədədlər, qısa yazılışı ilə int. Tam ədələr -99, -15, 0, 5, 130 yəni sadəcə tam hissəli ədələrdir. Bu ədədlər riyazi hesablamlarda daha çox istifadə edilir. Bir dəyişkən yaradaq və onun tipinə baxaq:

İntegerlərdə + işarəsi toplamaq, — işarəsi çıxmaq , * işarəsi vurmaq , ** işarəsi qüvvətə yüksəltmək, // işarəsi bölmə zamanı yaranan tam hissəni götürmək, % işarəsi isə bölmə zamanı yaranan qalığı götürmək üçün istifadə edilir.

Toplama :

Çıxma :

Vurma :

Qüvvətə yüksəltmə:

Tam hissəni alma :

Qalığı alma:

Float — Kəsr ədədlər

Bölmə əməliyyatından istifadə etdikdə görəcəyik ki, nəticə hər zaman Float ifadə qaytarır. Bəs float nədir? float kəsr ədədlərdir. 10.2 və ya -3.5 buna misal ola bilər. Digər riyazi əməllər integerdə olduğu kimi floatda da eynilə istifadə edilir. Bölmə əməli zamanı qismət tam olsa belə rəqəmin sonuna .0 əlavə olnduğu üçün cavab bizə float ədəd olaraq geri qayıdır.

Bölmə :

Complex — Qarışıq ədələr

Complex ədələr qarışıq ədələrdir. Bunlar real ədəd və virtual ədələrin birlikdə istifadəsi zamanı yaranır. Məsələn baxaq :

Casting

Casting bizə verilənlərin tipini dəyişmək üçün lazım gəlir. Məlumatlar hər zaman statik olmur və bizə istifadəçidən də gələ bilir. Bu zaman istifadəçinin göndərdiyi məlumatı lazım olduğu formada qəbul etməli və ya sonradan tipini dəyişməli ola bilirik. Bunun üçün int(), float() ve str() funksiyalarından istifadə edəcəyik.

Bir kəsr ədədi (float) tam ədədə (integer) çevirdikdə kəsr hissə atılır, tam hissə saxlanılır. Məsələn aşağıdakı nümunəyə nəzər yetirək :

Pünhan Səlimli

--

--